İran Türkiyəni gərginlik yaratmaqda günahlandırır
İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst Türkiyənin ərazisində NATO-nun raket hücumundan müdafiə sistemi yerləşdirməsinə icazə verməsi ilə bağlı açıqlama verib.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Ramin Mehmanpərəst dost və qonşu ölkələrin gərginliyə yol açan və bölgədə vəziyyəti çətinləşdirən siyasət aparmamasını gözlədiklərini deyib. O bildirib ki, NATO-nun Türkiyədə raket hücumundan müdafiə sisteminin elementlərini yerləşdirməsi bölgənin təhlükəsizliyinə və sabitliyinə müsbət təsir göstərməyəcək. İran Xarici İşlər Nazirliyinin təmsilçisi Ankaranı qərarlar qəbul edərkən daha diqqətli olmağa çağırıb.

518