Qəddafi yenə danışdı
08 sentyabr 2011 12:05 (UTC +04:00)

Qəddafi yenə danışdı

Liviya rəhbəri Müəmmər Qəddafi Suriyanın “Arrai” telekanalına zəng edib. Lent.az-ın Türkiyənin “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Müəmmər Qəddafi canlı yayında deyib ki, Liviyadan telefon açır. Liviya rəhbəri ona sadiq qüvvələrin qiyamçıları və Liviyaya hava hücumu təşkil edən NATO-nu məğlub etmək üçün hərəkətə keçəcəyini bəyan edib: “Gənclər indi paytaxt Tripolidəki siçanlara qarşı müqaviməti artırmaq və muzdlu əsgərləri məhv etmək üçün hazırdırlar. NATO-nu məğlub edəcəyik, NATO Liviya xalqı tərəfindən rədd ediləcək”.

Müəmmər Qəddafi Nigerin Agadez şəhərinə yollanan Liviya hərbi karvanının da fövqəladə bir şey olmadığını söyləyib: “Liviyanın daxilindən və xaricindən Nigerə çoxsaylı avtomobil karvanı gedir və Liviyaya qayıdır. Bu, ilk avtomobil karvanı deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 681

Oxşar yazılar