Türkiyə ali məktəblərində Ermənistan vətəndaşları təhsil alır
08 sentyabr 2011 10:20 (UTC +04:00)

Türkiyə ali məktəblərində Ermənistan vətəndaşları təhsil alır

0
Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, 2010-2011-ci tədris ilində Türkiyə ali məktəblərində 4 Ermənistan vətəndaşı olan tələbə təhsil alıb.

Bu, Türkiyə Təhsil Nazirliyinin xarici tələbələrlə bağlı rəsmi hesabatında əksini tapıb. Türkiyədə 2009-2010-cu tədris ilində 25 min 545 xarici tələbə təhsil alıb, 2010-2011-ci tədris ilində onların sayı 7 min 39 nəfər artıb. Türkiyədə təhsil alan xarici tələbələrin əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Yeni tədris ilində azərbaycanlı tələbələrin ümumi sayı 4 min 667 nəfər olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 640

Oxşar yazılar