Zoopark sahibi 35 gün şirlə bir qəfəsdə yaşadı - FOTO
08 sentyabr 2011 02:05 (UTC +04:00)

Zoopark sahibi 35 gün şirlə bir qəfəsdə yaşadı - FOTO

Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, V.Pılışenko öz eksperimentinin gözlənildiyindən də əla nəticə verdiyini bildirib. Bu gün o, təcrübəsinin sona çatdığı haqqında məlumat yayıb.

Pılışenko deyib: “Dişi şir Katya ilə bir qəfəsdə 5 həftə qalmaq mənim idrakımda böyük dəyişikliklər yaradıb. Mənimlə onun arasında böyük inam yaranıb. Yırtıcı Katya insanlaşıb, məmnuniyyətlə mənim yeməklərimlə – şorba, qızardılmış kartof və sair ilə qidalanır, mən isə yaxşı mənada “heyvanlaşmışam”: heyvanların düzlüyü, səmimiliyi və mehribanlığı məndə əksini tapıb”.

O yırtıcı heyvanla bir qəfəsdə uzunmüddətli qalmaq təcrübəsinin sonunda Ginnesin Rekordlar Kitabının Ukraynadakı nümayəndəsinin də iştirak edəcəyini bildirib. Həm də böyük rəssam olan Pılışenko şirlərin həyatından maraqlı əsərlər yaradıb. Bu rəsmlər eksperimentin nəticələrindən sonra auksionda satılacaq. Alınan maliyyə isə Pılışenkonun mini-zooparkında heyvanların həyat şəraitlərinin daha da yaxşılaşdırılması üçün sərf ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 608

Oxşar yazılar