Somalinin daha bir əyaləti aclıq təhlükəsi altında
Birləşmiş Millətlər Təşkilatının "qara siyahısı"na daxil edilmiş 5 cənub əyalətinə daha biri əlavə edilib. Lent.az-ın məlumatına görə, BMT-nin hesablamalarına görə, Somalidə 4 milyon adamın ərzaq yardımına ehtiyacı var, onlardan 750 mini aclıqdan ölmə təhlükəsi ilə üz-üzədir. Somali "Afrika Buynuzu" dövlətlərində hökm sürən quraqlıqdan ən çox əziyyət çəkən ölkədir. BMT-nin məlumatlarına görə, "Afrika Buynuzu" dövlətlərində ümumilikdə 12 milyon adamın təcili ərzaq yardımına ehtiyacı var.
Ölkədə son 60 ilin ən güclü quraqlığı hökm sürür. Quraqlıqdan başqa, Somalinin "Əş-Şəbab" radikal qruplaşmasının nəzarəti altında olması və qruplaşmanın ölkəyə humanitar yardımı əngəlləməsi də vəziyyəti gərginləşdirir. Hesablamalara görə, "Afrika buynuzu" ölkələrində on minlərlə adam aclıqdan ölüb ki, bunun yarısından çoxunu uşaqlar təşkil edir. Hazırda Somali və digər Afrika ölkələri ehtiyac olan ərzaq yardımının yalnız üçdə-ikisini alır.

Oxşar yazılar

Ukraynada daha bir Azərbaycan əsilli hərbi qulluqçu şəhid oldu
13 iyul 2025 , 14:43
İran prezidenti Pezeşkian ötən ay İsrailin hava zərbəsi nəticəsində yaralanıb
13 iyul 2025 , 11:45
Ankarada yanğın: 1-i uşaq olmaqla 3 nəfər öldü, 20 nəfər zəhərləndi -FOTOLENT
13 iyul 2025 , 09:46
Kişinin mədəsindən 27 alışqan çıxardılar
13 iyul 2025 , 02:11
İtalyan mafiya başçısı Kolumbiyada yaxalandı
12 iyul 2025 , 22:46
Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04
Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28