“Əl-Kaida” tərəfdarları uşaqlara cizgi filmi hazırlayıb
21 iyul 2011 15:33 (UTC +04:00)

“Əl-Kaida” tərəfdarları uşaqlara cizgi filmi hazırlayıb

Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, keçmiş ekstremistlərdən ibarət və radikal ideyaların yayılması mənbələrinin üzə çıxarılmasına istiqamətlənmiş “Quilliam Foundation” təşkilatı bildirib ki, Yəmən özəyi Ərəb ölkələrində “Əl-Kaida” ilə əlaqəlidir.

Təşkilatın analitikləri cizgi filmində Məhəmməd peyğəmbər və dini müharibələr barədə bəhs olunduğunu və məzmununun anti-qərb təbliğatından ibarət olduğunu açıqlayıblar. Film demək olar ki, hazırdır. Ekstremistlərin saytında ərəb dilində parçaları izləmək mümkündür. Onun DVD vasitəsilə yayılacağı güman edilir.

“Quilliam Foundation”dan olan mütəxəssislər hesab edirlər ki, cizgi filminin üzə çıxarılması müsəlman valideynləri arasında narazılığa səbəb ola bilər. Valideynlər övladlarının radikal ideyalara baş qoşmalarını istəmirlər. Bununla belə, ekstremistlərin saytının forumlarında cizgi filmi müsbət reaksiya doğurub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 486

Oxşar yazılar