11 sentyabr “qisasçısı” edam edildi
21 iyul 2011 10:31 (UTC +04:00)

11 sentyabr “qisasçısı” edam edildi

Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, 41 yaşlı Stroman yerli vaxta axşam saat 9-da bədəninə zəhərli iynə vurulması yolu ilə edam edilib.

Qeyd edək ki, onun edamı daha tez həyata keçirilməli olsa da, bir neçə saatlıq təxirə düşüb. Buna Stromanın qurbanlarından biri – Banqladeş vətəndaşının edamın ləğv edilməsi ilə bağlı müraciət etməsi səbəb olub. Stromanın əlindən sağ qurtulan banqladeşli xahişini onunla əsaslandırıb ki, İslam düşmənini bağışlamağı təbliğ edir.

Amma apelyasiya rədd edilib və cinayətkar edam olunub.

Mark Stroman 11 sentyabr hadisələrindən sonra Pakistan və Hindistan vətəndaşlarını güllələyərək öldürüb, eləcə də Banqladeş vətəndaşını yaralayıb. Nəticədə banqladeşlinin bir gözü kor olub. Həbsdən sonra o, qurbanlarını ərəb zənn etdiyini və qisas almağa çalışdığını bildirib.

Stroman iddia edib ki, 11 sentyabr hadisələri zamanı onun bacısı da həlak olub. Amma istintaq zamanı müəyyən edilib ki, onun ümumiyyətlə bacısı yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 558

Oxşar yazılar