Əsəd alternativ əsasda prezident seçkilərinin keçirilməsinə hazırdır
Suriya prezidenti Bəşər Əsəd ölkədə alternativ əsasda prezident seçkilərinin keçirilməsinə hazır olduğunu bəyan edəcək. Lent.az-ın “kp.ru” saytına istinadən verdiyi məlumata görə, Livan KİV-ləri Bəşər Əsədə yaxın şəxslərdən birinə istinadən belə məlumat yayıb.
Bəşər Əsəd bunu yaxın günlərdə televiziya ilə xalqa müraciəti zamanı bəyan edəcək. Suriya prezidenti Konstitusiyanın 8 maddəsini də ləğv etmək niyyətindədir. Bu maddələr ölkədə BƏƏS Partiyasının aparıcı rolu ilə bağlıdır.
Əgər Bəşər Əsəd qeyd olunan siyasi dəyişiklikləri həyata keçirərsə, bu, inqilabi dəyişiklər olacaq.

427