İran hakimiyyətinin informasiya qorxusu
Çünki etdikləri çoxsaylı qanunsuzluqdan, törətdikləri cinayətlərdən ölkə əhalisinin xəbər tutmasını istəmirlər. Cəmiyyətin xəbər tutması və olanlara münasibət bildirməsi isə belə rejimlərin dayaqlarının yıxılması ilə sonuclanır. Diktatorlar və belə hakimiyyətdən bəhrələnənlər də həmin rejimlərin sadiq qullarına çevrilirlər.
Afrikanın Şimalında baş verənlər çağdaş informasiya vasitələrinin, texnologiyalarının gücünü bütün dünyaya nümayiş etdirdi.
Hələ 2009-cu ilin iyununda İranda keçirilmiş prezident seçkisi öncə qabağı kampaniya və ondan sonrakı dövrdə İran İslam Respublikasında cib telefonları vasitəsi ilə ismarıcların göndərilməsindən Tehran hakimiyyəti vahimələnmişdi. Ona görə də SMS-lərə nəzarəti həyata keçirməyə səy etdi.
Bu günlərdə isə İran rəhbərliyi “Google+” yeni ictimai şəbəkəsinin ölkə ərazisində yayılmasını “ABŞ-a xidmət edən casus şəbəkəsi” adlandıraraq, yasaqlayıb.
Ötən həftə isə hakimiyyət İslam Respublikasına sərf etməyən minlərlə yeni veb-saytlara süzgəc sisteminin qoyulmasını gücləndirib. Hazırda 5 milyon internet resursuna, o cümlədən BBC, CNN ölkədə yasaqlanmış informasiya vasitələrindəndir.
Bir müddət öncə İran ərazisində “Facebook” və “Twitter” mikrobloqu kimi məşhur ictimai şəbəkələrə bloklar qoyulub.
Hələ iyunda ABŞ “Çamadan internet” layihəsini həyata keçirməyə başladığını elan etmişdi. Vaşinqtonun qənaətincə, bu layihə Suriya, Liviya və İranda vətəndaşlara yardım məqsədi ilə həyata keçirilir. “Kölgə internet” sistemi layihəsi 2 milyon dollardır. İranın ETTELAAT naziri Heydər Müslehinin sözlərinə görə, bu ABŞ-ın yeni “casus kiber savaşıdır”: “Biz ABŞ-ın uyğun belə fəaliyyətini öncədən anlamışdıq. Ona görə də bu sistemə uyğun mübarizə üsulu hazırladıq”.
bütün bu eybəcərliklərdən qurtarmaq üçün Allaha, islama və dinə qayıtmalıyıq”.
Tehran hakimiyyəti gerçəkliklərin yayılmasının, ona mütəxəssis münasibətinin bildirilməsindən, ictimai qınağın söylənilməsindən rahatsızdır. Ona görə də bütün texnologiyalardan yararlanaraq, alternativ informasiya qaynaqlarını boğur. Bunun üçün milyonlarla dollar xərcləyir. Ancaq “cidanı çuvalda” nə vaxtadək gizlədəcəklər? Axı, dünya günü-gündən kiçilir.
Sədrəddin Soltan

472