“Anonymous”un zərərsizləşdirilməsi üçün əməliyyat keçirilib
ABŞ Federal Təhqiqat Bürosu dövlət qurumlarının və böyük şirkətlərin saytlarına hücum etdiyi və “Anonymous” haker qrupunun üzvləri olduğu ehtimal edilən şəxslərin evlərində axtarış aparıb. Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Nyu-Cersi, Kaliforniya və Florida ştatında 14 nəfər saxlanılıb, evlərdən bir neçə kompüter götürülüb.
Bundan əvvəl İtaliya polisinin “Anonymous” haker qrupunun İsveçrədə yaşayan 26 yaşlı rəhbərini tapdığı barədə xəbər yayılıb.
Qeyd edək ki, “Anonymous” haker qrupu 2010-cu ilin sonlarında məşhurlaşıb. Bu haker qrupu məşhur “WikiLeaks” saytının fəaliyyətinə mane yaradan şirkətlərin və təşkilatların saytlarına hücum çəkib. “Anonymous” haker qrupu fəaliyyətini “4chan” forumu ilə koordinasiya edir. Bu forumda könüllülərə “DdoS” hücumu təşkil etmək üçün LOİC proqramı təklif olunur. Qrupun fəaliyyətində siyasi məqsədlər, söz və internet azadlığı məqsədləri üstünlük təşkil edir. “Anonymous” haker qrupunun hücumuna məruz qalanlar sırasında “Sony” şirkəti, Mərkəzi Kəşfiyyat İdarəsi, ABŞ Konqresinin Senatı, Beynəlxalq Valyuta Fondu, çoxlu sayda bank və ABŞ KİV-ləri var.

733