İran ABŞ-a məxsus pilotsuz casus təyyarəsini vurduğunu bəyan etdi
20 iyul 2011 14:14 (UTC +04:00)

İran ABŞ-a məxsus pilotsuz casus təyyarəsini vurduğunu bəyan etdi

Lent.az-ın “javanonline.ir” saytına istinadən verdiyi məlumata görə, İran parlamentinin Beynəlxalq təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Ali Ağazadə Dafsari deyib ki, pilotsuz təyyarə dünən Qum şəhəri ətrafındakı Fordo uran zənginləşdirmə müəssisəsinin yaxınlarında uçarkən İslam İnqilabını Mühafizə Korpusunun hava hücumundan müdafiə birliyi tərəfindən aşkarlanıb və vurulub.


Dafsari bildirib ki, ABŞ-a aid pilotsuz casus təyyarə Fordo nüvə obyektinin yerini müəyyənləşdirmək və Mərkəzi Kəşfiyyat İdarəsi üçün obyekt haqqında məlumat toplamaq üçün buraxılıb.


Qeyd edək ki, Qərb kəşfiyyatı keçən ay İranın Qum şəhəri yaxınlığında bir dağda yeraltı Fordo nüvə mərkəzi tikdiyi barədə məlumat əldə edib. Qərb mətbuatı bununla bağlı məlumat da yayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 455

Oxşar yazılar