Kolumbiyada rusiyalı sahibkar güllələnib
Lent.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, Kolumbiya polis iki güllə yarası almış 36 yaşlı sahibkarı ağır vəziyyətdə Kolumbiya paytaxtındakı körpülərdən birinin üzərində tapıb.
Sahibkar təcili xəstəxanaya aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Polis sahibkarın soyğunçuların qurbanı olduğunu, böyük ehtimalla onun taksi sürücüsü tərəfindən öldürüldüyünü ehtimal edir.
Öldürülən rusiyalı sahibkarın adı açıqlanmır. O, Kolumbiyaya bazar günü işgüzar görüş məqsədi ilə gedib.

514