Qəddafi: “Son damla qanıma qədər döyüşəcəm”
20 iyul 2011 11:23 (UTC +04:00)

Qəddafi: “Son damla qanıma qədər döyüşəcəm”

Lent.az-ın Türkiyə mediasına istinadla xəbərinə görə, paytaxt Tripolinin 50 kilometrliyindəki Əl Aziziyədə tərəfdarlarına çağırış edən Qəddafi “Milyonlarla liviyalı mənim yanımdadır. Öz evimizdəyik, şərəfimizi, neftimizi və zənginliklərimizi qorumaq üçün son damla qanımıza qədər döyüşəcəyik” deyib.

Bu müharibənin Liviyanı diriltdiyini söyləyən ölkə rəhbəri qadın, kişi, uşaq – hər kəsin döyüşməli olduğunu bəyan edib.

“NATO-nun bombaları bizi qorxutmaq” deyən Qəddafi atalarının torpaqlarını əsla tərk etməyəcəyi mesajını verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 513

Oxşar yazılar