“Taliban” təmsilçilik aça biləcəyi ölkələrin adlarını açıqladı
Lent.az-ın verdiyi məlumata görə, bunu Əfqanıstanda Ali Sülh Şurasının üzvü, Əfqanıstanda “Taliban” hökuməti dövründə təhsil nazirinin müavini olmuş Arsal Rahman Pakistanın “Tribyun” qəzetinə müsahibəsində söyləyib.
O deyib ki, bu gün “Taliban”ın təmsilçiliyinin açılması ilə bağlı ən real namizəd ölkələr Türkiyə və Türkmənistandır. O bildirib ki, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin hakimiyyətləri artıq ölkələrində “Taliban”ın siyasi təmsilçiliyinin yerləşdirilməsinə razı olduqlarını bildirib.
“Taliban”ın Pakistandakı sabiq səfiri molla Abdul Zaif də siyasi təmsilçilik ideyasını dəstəkləyib: “Taliban”la dialoq aparmaq üçün konkret məkan lazımdır. Çünki bu, kifayət qədər uzun və mürəkkəb prosesdir”.
Qeyd edək ki, ABŞ və digər NATO ölkələrinin qoşunlarının Əfqanıstandan çıxarılması üçün nəzərdə tutulmuş vaxt yaxınlaşdığı üçün Qərb dairələrinin “Taliban”la dialoq qurmaq üçün səylərini artırdıqları yönündə informasiyalar yayılmaqdadır.

451