Putin üçün soyun!
19 iyul 2011 11:38 (UTC +04:00)

Putin üçün soyun!

Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, iqtidaryönümlü “Naşi” gənclər təşkilatının həyata keçirdiyi erotik kampaniya “Vkontakte” sosial şəbəkəsində başladılıb.

Sayta qoyulan iki dəqiqəlik klipdə Diana adlı qız belə deyir: “Onun kimi ola bilmədikləri üçün digərləri Putini qısqanır. Bizsə Putinin ordusunu qururuq. Putin üçün paltarlarını cırmağa hazır olan qızlar axtarırıq. Niyə? Çünki biz gənc, gözəl və ağıllı qızların da Putini dəstəklədiyini görmək istəyirik”.

Sözlərinin ardından ağ köynəyinin üstünə pomada ilə “Putin üçün cıraram” yazan növbəti kadrda köynəyini ortadan iki yerə parçalayır.

Kampaniyanın qalibinə “iPad” hədiyyə ediləcək. İyulun 22-də Puşkin meydanında keçiriləcək “paltar cırma” yarışında qaliblərə digər hədiyyələr veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1716

Oxşar yazılar