Amerika Qəddafi ilə danışıqlar aparıb
19 iyul 2011 10:33 (UTC +04:00)

Amerika Qəddafi ilə danışıqlar aparıb

Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, Liviya prezidentinin mətbuat xidməti də görüş faktını təsdiq edib.

Görüş iyulun 16-da Tunisdə baş tutub. Görüşdə ABŞ-ın 3 yüksək vəzifəli diplomatı, o cümlədən dövlət katibinin müavini Cefferi Feltman da iştirak edib. Görüşə Müəmmər Qəddafinin yaxın ətrafında olan 4 nəfər qatılıb.

ABŞ administrasiyasındakı mənbə “Associated Press”ə bildirib ki, görüşdə məqsəd bir daha Müəmmər Qəddafinin hakimiyyətdən getməli olduğunu vurğulamaq olub. Görüş ABŞ-ın iyulun 15-də Liviya Milli Keçid Şurasını bu ölkənin legitim hakimiyyət orqanı kimi tanımasından sonra baş tutub. ABŞ administrasiyasındakı mənbə növbəti görüşün nəzərdə tutulmadığını qeyd edib.

Müəmmər Qəddafinin mətbuat xidməti isə görüşdə Tripoli və Vaşinqtonun münasibətləri bərpa etmək yollarının müzakirə edildiyini açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 734

Oxşar yazılar