Pakistan İsraili etnik qırğında ittiham etdi
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, bunu Pakistanın daxili işlər naziri Rəhman Maliki bəyan edib. Rəhman Maliki Kəraçi şəhərində keçirdiyi mətbuat konfransında deyib ki, Kəraçidə əhalinin əksəriyyətini təşkil edən urdunlarla puştun azlığı arasında etnik münaqişəni kəskinləşdirmək üçün şəhərə mütəmadi olaraq İsrail silahları gətirilir.
O, bu iki etnik qrup arasında düşmənçiliyin arxasında xarici elementlər dayandığını vurğulayıb. Kəraçidə kütləvi iğtişaşların təşkilatçılarını da hədələyən daxili işlər naziri Pakistanda heç bir fərdin qanundan yüksəkdə dayanmadığını vurğulayıb.

534