BMT bu gün insanları 67 dəqiqə bir-birlərinə kömək etməyə çağırır
Bu gün BMT bütün dünyada insanları 67 dəqiqə vaxt ayırıb bir-birlərinə kömək etməyə çağırır. BMT-nin Bakı ofisinin İctimai İnformasiya Departamentindən Lent.az-a verilən məlumata görə, bu, həyatının 67 ilini sülh və azadlıq uğrunda mübarizəyə həsr etmiş Cənubi Afrika Respublikasının (CAR) sabiq və ilk qaradərili prezidenti Nelson Mandelanın şərəfinədir.
BMT Baş Assambleyası 2009-cu ilin noyabr ayında bu şəxsiyyətin doğum gününü - 18 iyul tarixini Beynəlxalq Nelson Mandela Günü kimi qeyd etmək haqqında qərar verib. BMT-nin İctimai İnformasiya Departamenti “İrəli” İctimai Birliyi ilə birlikdə Nelson Mandelanın həyatından bəhs edən və Nelson Mandela Fondu tərəfindən çəkilən 13 dəqiqəlik “Mandela: Afrikanın oğlu, millətin atası” sənədli filminin nümayişini və müzakirəsini təşkil edib. Tədbirdə “İrəli” İctimai Birliyinin üzvləri ilə yanaşı, Azərbaycanlı Gənclərin Avropaya İnteqrasiyası (AGAT), NATO - Azərbaycan Beynəlxalq Məktəbi kimi gənclər təşkilatlarının və eyni zamanda Avrasiya Beynəlxalq Mətbuat Fondunun üzvləri iştirak edib.
Beynəlxalq Nelson Mandela Günü münasibətilə təşkil olunan dinləməni giriş sözü ilə açan BMT-nin İctimai İnformasiya Departamentinin ölkə üzrə nümayəndəsi Envera Selimoviç deyib ki, Nelson Mandela həyatının 67 ilini hüquq müdafiəçisi, vicdan məhbusu, sülhpərvər və CAR-nın demokratik seçkilərlə hakimiyyətə gəlmiş ilk prezidenti kimi insanlığa xidmətə həsr edib: “Ona görə də Nelson Mandela Gününün məqsədi insanları daha yaxşı dünya uğrunda mübarizə aparmağa ruhlandırmaqdır”.
Sonra Avrasiya Beynəlxalq Mətbuat Fondunun əməkdaşı, əslən Nigeriyadan olan Nik Nivolisa Afrikanın milli qəhrəmanı haqqında düşüncələrini bölüşüb. O bildirib ki, Nelson Mandela təkcə CAR-nın deyil, bütün Afrika qitəsinin fəxr etdiyi böyük şəxsiyyətdir.
Qeyd edək ki, bu film İctimai Televiziya, Azərbaycan Dövlət Televiziyası, “Space” və “Lider” telekanalları, “Yurd” və “Kanal 13” internet televiziyaları vasitəsilə yayımlanıb.

577