Zəhərli içki 21 nəfərin həyatına son qoyub
18 iyul 2011 11:46 (UTC +04:00)

Zəhərli içki 21 nəfərin həyatına son qoyub

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, buna səbəb şənbə günü bu şəhərdə ev şəraitində düzəldilən likördən zəhərlənən 21 nəfərin həyatını itirməsidir.

Səhiyyə naziri David Çiriboq keyfiyyətsiz içkidən zəhərlənən 103 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib. Polis keyfiyyətsiz spirtli içki hazırlayaraq onu bazara çıxaranları hələ tapa bilməyib. Səhiyyə naziri deyib ki, polis 28 konteyner içkini müsadirə etməyə nail olub. Bu içkilər zəhərli maddə olan metil spirtindən hazırlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 532

Oxşar yazılar