Asiya ilə Afrikanı birləşdirən körpü tikiləcək
18 iyul 2011 10:35 (UTC +04:00)

Asiya ilə Afrikanı birləşdirən körpü tikiləcək

Lent.az-ın “Der Spiegel” jurnalına istinadən verdiyi məlumata görə, iki ölkəni birləşdirən körpünün uzunluğu 35 kilometr olacaq. Körpü vasitəsilə Misir və Səudiyyə Ərəbistanının vətəndaşları 22 dəqiqə ərzində digər ölkəyə gedə biləcəklər. Körpünün başlanğıcı Sinay yarımadasının sonundan, Şarm aş-Şeyx şəhəri yaxınlığından başlayacaq.


Bu körpünün tikilməsinə Səudiyyə Ərəbistanı çoxdan can atsa da, sabiq Misir prezidenti Hüsnü Mübarək buna qarşı çıxdığı üçün layihə baş tutmayıb. Hüsnü Mübarəkin istefasından sonra isə layihənin gerçəkləşməsi yönündə maneə qalmayıb. Bu, həm də Asiya ilə Afrika qitəsini birləşdirən körpü olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 534

Oxşar yazılar