“Dow Jones & Company” şirkətinin baş direktoru istefa verdi
“Dow Jones & Company” şirkətinin baş direktoru Les Xinton “News Corp” əməkdaşlarının britaniyalıların telefon danışıqlarına qulaq asması ilə bağlı qalmaqalla əlaqədr istefa verib. Lent.az-ın “CBS”yə istinadən verdiyi məlumata görə, Les Xinton 2007-ci ilə qədər “News Corp”-un bölmələrindən olan “News İnternational”-a başçılıq edib.
Ötən həftə telefon danışıqlarına qulaq asılması ilə bağlı qalmaqala görə bağlanan “News of the World” qəzeti də məhz “News İnternational”-ın tərkibində olub. Les Xinton “Dow Jones & Company” şirkətinin sahibi, mediamaqnat Rupert Merdoka yazdığı istefa məktubunda qeyd edib ki, baş verənlərdən xəbərsiz olub və yaranmış vəziyyətə görə “News of the World” qəzetinin fəaliyyətindən əziyyət çəkənlərin hamısından üzr istəyir.
Qeyd edək ki, dünən gecə “News İnternational”-ın icraçı direktoru Rebk Bruks da istefa verib.

388