Meksikada həbsxanadan kütləvi qaçış
16 iyul 2011 14:51 (UTC +04:00)

Meksikada həbsxanadan kütləvi qaçış

Lent.az-ın “Laredo Morning Times” qəzetinə istinadən verdiyi məlumata görə, həbsxana mühafizəçiləri ilə məhbuslar arasında baş verən qarşıdurma zamanı 7 məhbus öldürülüb.

Qiyam nəticəsində 59 məhbus qaçmağı bacarıb. Həbsxananın 5 mühafizəçisi də qaçıb. Onların məhbuslarla əlbir olduğu ehtimal edilir. Həbsxana yerləşən ərazi ordu bölmələri tərəfindən mühasirəyə alınıb.

Qeyd edək ki, həbsxanadan qaçan məhbusların əksəriyyəti narkotik vasitə tacirləri və silahlı qruplaşmaların üzvləridir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 445

Oxşar yazılar