Yuliya Timoşenko 10 il azadlıqdan məhrum edilə bilər
16 iyul 2011 13:36 (UTC +04:00)

Yuliya Timoşenko 10 il azadlıqdan məhrum edilə bilər

Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko Kiyevdə keçirilən məhkəmə prosesində vəzifə səlahiyyətlərini aşmaqda, “Naftoqaza” şirkətinin o vaxtkı rəhbəri Oleq Dubinə Rusiya ilə sərfəli olmayan qaz müqaviləsi imzalamaqla bağlı göstəriş verməkdə ittiham olunub. Lent.az-ın “newsru.com” saytına istinadən verdiyi məlumata görə, məhkəmədə ittiham aktını oxuyan prokuror deyib ki, Yuliya Timoşenkonun “Naftaqaza” şirkətinin rəhbərinə belə bir göstəriş vermək hüququ olmayıb.

Ukrayna Cinayət Məcəlləsində vəzifə səlahiyyətlərini aşmaqla bağlı 7 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Şahidlərin ifadəsinin dinləniləcəyi növbəti məhkəmə prosesi iyulun 18-də olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 625

Oxşar yazılar