Türkiyənin ilk qadın təhsil naziri gizlicə boşandı
15 iyul 2011 14:22 (UTC +04:00)

Türkiyənin ilk qadın təhsil naziri gizlicə boşandı

Türkiyənin ilk qadın təhsil naziri olan, ancaq sonuncu parlament seçkilərindən sonra yenidən bu vəzifəyə təyin edilməyən, deputatlıqla kifayətlənməli olan Nimet Çubukçu əri Birol Çubukçudan boşanıb.

Lent.az-ın “Milliyət” qəzetinə istinadən verdiyi məlumata görə, millət vəkili Nimet Çubukçü dünən vəkili Süleyman Balcı vasitəsi ilə Sarıyer Ailə Məhkəməsinə müraciət edib.

Məhkəmə Nimet Çubukçunun bir övladının atası olan Birol Çubukçudan boşanmaqla bağlı müraciətini icraata götürüb. 2 saat sonra Nimet Çubukçu gizlicə Sarıyer Ailə Məhkəməsinə gəlib. Birol Çubukçu da vəkili Şevket Cankurla prosesə qatılıb. Elə iyulun 15-də də məhkəmə Çubukçu cütlüyünün boşanması ilə bağlı qərar verib. Mal-mülk bölgüsü ilə bağlı protokol imzalanıb.

Cütlüyün 22 yaşında Çağrı adlı övladları var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 449

Oxşar yazılar