Bin Laden 11 sentyabr hadisələrinin 10 illiyi münasibətilə terror aktı hazırlayırmış
15 iyul 2011 13:35 (UTC +04:00)

Bin Laden 11 sentyabr hadisələrinin 10 illiyi münasibətilə terror aktı hazırlayırmış

Lent.az-ın məlumatına görə, bu barədə “Wall Street Journal”a ABŞ administrasiyasının rəsmiləri bildirib.

Onlar bin Ladenin Pakistandakı sığınacağında Amerika xüsusi təyinatlılarının əlinə keçən informasiya ilə tanışlıqdan sonra mətbuata bu xəbəri ötürüblər.

Qeyd edək ki, bir nömrəli terrorçu Üsamə bin Landen mayın 2-ə keçən gecə paytaxt İslamabad yaxınlığındakı Abbotabad şəhərində möhkəm qorunan evdə xüsusi təyinatlılar tərəfindən öldürülüb. Terrorçunun meyiti dənizə atılıb. “Əl-Qaidə” 60 yaşlı Ayman əz-Zəvahirini özünün yeni lideri təyin edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 437

Oxşar yazılar