Cənubi Sudan BMT-yə qəbul olundu
Bir müddət öncə müstəqillik əldə edən Cənubi Sudan BMT-nin 193-cü üzvü olub. Lent.az-ın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, BMT-nin baş katibi Pan Gi Mun dünya ictimaiyyətini Cənubi Sudanın inkişafına kömək etməyə çağırıb.
Pan Gi Mun müstəqilliklə bağlı referendumu keçirtdiklərinə görə Sudan prezidenti Ömər əl-Bəşiri və yeni dövlətin lideri Salva Kiiri tərifləyib. Onun sözlərinə görə, Sudanın iki hissəsinin ümumi gələcəyi var: “Onlar bu gələcəyə rəqib kimi deyil, tərəfdaş kimi baxmalıdırlar”.
Sudanın BMT-dəki səfiri Elhaq Əli Osman Cənubi Sudana kömək etmək üçün hər şeyi edəcəklərini bildirib: “Biz və Cənubi Sudanda yaşayan qardaşlarımız müharibəni geridə qoymuşuq və gələcəyə baxırıq”.

501