Boşanmaq istəyən ərinin cinsi orqanını kəsdi
15 iyul 2011 01:08 (UTC +04:00)

Boşanmaq istəyən ərinin cinsi orqanını kəsdi

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Kaliforniya ştatında
yaşayan 48 yaşlı Ketrin Beker son dövrlər münasibətləri gərgin olan 51 yaşlı ərindən qisas alıb. O, boşanmaq istəyən ərinin yeməyinə narkotik qatıb. Özünü pis hiss edən kişi yatağına uzanıb. Ketrin Beker onun paltarını soyundurub və bıçaqla cinsi orqanını kəsib. O, kişinin cinsi orqanını zibil emalı üçün nəzərdə tutulmuş aqreqata atıb. Ketrin Beker məhz bundan sonra təcili yardıma zəng vurub.


Xəstəxanaya aparılan kişinin vəziyyəti ağırdır. Kişinin cinsi orqanına kəsən arvada qarşı isə ağır bədən xəsarəti yetirmək, silahdan istifadə etmək, narkotiklə zəhərləyərək cinayət həyata keçirmək və evdə zorakılığa yol vermək ittihamları işə cinayət işi açılıb.

Bədbəxt kişinin adı açıqlanmır...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 664

Oxşar yazılar