Futbol qaydaları ilə bağlı ilk yazılı külliyyat satıldı
14 iyul 2011 20:35 (UTC +04:00)

Futbol qaydaları ilə bağlı ilk yazılı külliyyat satıldı

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, sənədi dünya futbolunun qocaman klublarından olan, 1857-ci ildə yaradılan İngiltərənin “Şeffild” klubu satışa çıxarıb. Unikal külliyyat 1 milyon 420 min dollara alıcı tapıb. Alıcı adının açıqlanmamasını istəyib.

Qeyd edək ki, 1958-ci ildə İngiltərədə tərtib olunan futbol qaydalarından 1 il sonra bu külliyat işıq üzü görüb. İndiyə qədər həmin futbol qaydalarında çox az dəyişiklik olub. Əllə rəqibi itələmək istisna olmaqla, bu qaydalar demək olar ki, müasir futbolda tətbiq olunan qaydalarla eynidir. “Şeffild” klubu arxivindəki bu sənədi satmaqla yeni stadion tikmək üçün vəsait toplamaq istəyir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 593

Oxşar yazılar