Futbol zəlzələsi Ərdoğanın ən yaxın adamlarından birini vurdu
14 iyul 2011 10:28 (UTC +04:00)

Futbol zəlzələsi Ərdoğanın ən yaxın adamlarından birini vurdu

Lent.az-ın verdiyi məlumata görə, Türkiyənin “Akşam” qəzeti danışılmış oyunlarla bağlı aparılan istintaq çərçivəsində Ankara şəhərinin bələdiyyə sədri Melih Gökçekin bu günlərdə ifadə verməyə çağırılacağını yazıb.

Mediaya sızan istintaq materiallarından məlum olub ki, Melih Gökçekin “Trabzonspor” klubunun prezidenti Sadri Şenerlə telefon danışığı dinlənilib. Melih Gökçek və Sadri Şenerin telefon danışığı zamanı “Ankaragücü”-“Fənərbaxça” komandaları arasında keçiriləcək oyun barədə danışılıb. Melih Gökçek Sadri Şenerə, “inşallah, Əziz Yıldırımdan bu oyunu alacam və bu, Trabzonsporun xeyrinə olacaq” deyib.

İstintaq zamanı bu telefon danışığı barədə Sadri Şenerə sual verilib və o da bu danışığın Melih Gökçeklə onun arasında olduğunu təsdiqləyib.

Qeyd edək ki, Melih Gökçekin oğlu “Ankaragücü” klubunun prezidentidir. Melih Gökçek Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana yaxın sayılan şəxslərdən biridir, Rəcəb Tayyib Ərdoğan 4 dəfə dalbadal Ankara bələdiyyəsinin sədri postuna onun namizədliyini irəli sürüb. 1994-cü ildən paytaxt bələdiyyəsinin sədridir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 416

Oxşar yazılar