“Rus vəhabi” tutuldu
14 iyul 2011 10:24 (UTC +04:00)

“Rus vəhabi” tutuldu

Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Daxili İşlər Nazirliyinin Stavropol İdarəsi faktı təsdiqləyib.

Polislər Rusiyada federal axtarışda olan Viktor Dvorakovskini İnozemtsevo qəsəbəsində aşkar ediblər. O, gecə yarısı sənədlərinin yoxlanılması üçün saxlanılıb. Viktor Dvorakovski qışqıraraq deyib ki, o, Viktor Dvorakovskidir və əgər ona getməyə şərait yaratmasalar, partlayış törədəcək.

Bundan sonra o, polislərə əldəqayırma partlayıcı qurğu atıb. Partlayış nəticəsində polislərdən biri kontuziya alıb. Polislər cavab atəşi açıblar. Viktor Dvorakovski yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 405

Oxşar yazılar