Kan Yaponiyanı atom enerjisindən imtina etməyə çağırdı
Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, Naoto Kan bildirib ki, hökumət hazırda atom enerjisindən tədricən imtina edilməsi ilə bağlı plan üzərində işləyir.
O, məqsədlərinin atom enerjisi olmayan cəmiyyət yaratmaq olduğunu vurğulayıb.
Qeyd edək ki, Yaponiya enerji təminatının 30 faizini atom elektrik stansiyaları vasitəsi ilə təmin edir. 11 martda baş verən zəlzələ və sunami fəlakəti nəticəsində “Fukusima-1” Atom Elektrik Stansiyası qəzalı vəziyyətə düşənə nə qədər Yaponiya hökumətinin 2030-cu ilə qədər atom enerjisinin çəkisini 53 faizə qaldırmaqla bağlı planı olub.

440