Liviyada yetimxanadan 105 uşaq oğurlandı
13 iyul 2011 15:08 (UTC +04:00)

Liviyada yetimxanadan 105 uşaq oğurlandı

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Liviya hökuməti məsələ ilə bağlı cinayət işi qaldırıb və istintaq başladılıb. Liviyanın sosial işlər naziri İbrahim Şərif xarici mətbuata açıqlamasında deyib ki, yetimxanadan 52 oğlan, 53 qız qaçırılıb və naməlum yerə aparılıb.


Nazir bildirib ki, bəzi şahidlər uşaqları bir Türk gəmisində, bəzi şahidlər isə bir italyan və fransız gəmisində görüblər. Nazir uşaqların oğurlanmasında bu 3 ölkənin günahkar olduqlarını iddia edib.

İ. Şərif deyib ki, yaxalanan bir müxalif həkim oğurlanan uşaqların İtaliya və Fransaya aparıldığını etiraf edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 363

Oxşar yazılar