ABŞ xəzinəsində pensiya pulları tükənir
13 iyul 2011 10:49 (UTC +04:00)

ABŞ xəzinəsində pensiya pulları tükənir

Lent.az-ın verdiyi məlumata görə, ABŞ prezidenti Barak Obama “CBS News” telekanalına müsahibəsində bunu etiraf edib.

Barak Obama avqustun 3-də 27 milyon təqaüdçünün pensiyasının ödənilməsinə zəmanət verməyin mümkünsüz olduğunu vurğulayıb. Onun sözlərinə görə, bunun səbəbi dövlət borcunun həcminin artırılması məsələsində yaranan fikir ayrılığının həllini tapmamasıdır. Konqres bu məsələ ilə bağlı avqustun 2-də səsvermə keçirməlidir.

Qeyd edək ki, dövlət borcunun artırılması ABŞ prezidentinin 2012-ci maliyyə ili ilə bağlı təqdim etdiyi büdcə layihəsinin tərkib hissəsidir. Əgər Konqresdə respublikaçılarla demokratlar dövlət borcunun həcminin artırılması məsələsində razılığa gələ bilməsələr, ABŞ texniki defolt vəziyyətinə düşəcək.

Barak Obama müdafiə xərclərinin ciddi azaldılmasını, sosial ödəniş sisteminin dəyişməsini, maddi durumu yüksək olan amerikalılardan daha çox verginin alınmasını təklif edir. Prezidentin təşəbbüsünə qarşı çıxanların başında Nümayəndələr Palatasının spikeri Con Beyner gəlir. O, vergilərin artırılmasına imkan verməyəcəyini bəyan edib.

Son 10 ildə ABŞ dövlət büdcəsində defisit 2,8 trilyon dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 558

Oxşar yazılar