Liviyanı aclıq təhlükəsi gözləyir
13 iyul 2011 10:16 (UTC +04:00)

Liviyanı aclıq təhlükəsi gözləyir

Lent.az-ın Türkiyənin “NTV” telekanalına istinadən verdiyi məlumata görə, Abdul Elmecid deyib ki, hazırda sahələrdən məhsul toplanmalı olduğu halda yanacaq qıtlığı səbəbindən məhsulun yalnız 20 faizi daşına bilir.

Liviyada il ərzində 300 min ton taxıl istehsal olunduğunu qeyd edən Abdul Elmecid bildirib ki, əlavə olaraq ölkəyə hər il 1 milyon ton taxıl idxal olunub. Ancaq indi Liviya hökuməti BMT embarqosu və NATO-nun hava zərbələri səbəbindən ölkəyə xaricdən taxıl gətirə bilmir. Digər tərəfdən, Liviyada əhali əsasən yeraltı sular hesabına içməli su ilə təmin olunur. Ancaq yeraltı mənbələrdən su çıxarılmasında istifadə olunan nasos sistemlərinin çalışması üçün lazım olan ehtiyat hissələri də tükənib: “Əgər BMT və NATO fəaliyyətimizə mane olmağa davam edərsə, 2-3 ay ərzində vəziyyət böhranlı həddə çatacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 534

Oxşar yazılar