Səudiyyə Ərəbistanında amerikalı hərbçinin törətdiyi cinayətin üstü açılıb
12 iyul 2011 18:46 (UTC +04:00)

Səudiyyə Ərəbistanında amerikalı hərbçinin törətdiyi cinayətin üstü açılıb

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, amerikalı hərbçi Şri-Lankadan olan xanımı ilə birlikdə hərbi bazada salınmış şəhərcikdə yaşayıb. Bir neçə gün əvvəl qadın yoxa çıxıb və hərbi bazanın rəhbərliyi bu barədə Səudiyyə Ərəbistanının polisinə məlumat verib. Polis amerikalı hərbçinin telefonlarını dinləyib və onu həbs edib. Polis telefon danışıqlarına əsasən müəyyənləşdirib ki, amerikalı hərbçi arvadını öldürüb və onun cəsədini hərbi baza yaxınlığına atıb. Bu işdə ona “Saudi Aramco” neft şirkətinin əməkdaşı kömək edib.


Amerikalı hərbçi arvadını öldürdüyünü etiraf edib. Onun ifadələri əsasında qadının cəsədi tapılıb. Hərbçinin arvadını hansı səbəbdən öldürdüyü açıqlanmır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 467

Oxşar yazılar