Saxta şeyxin inanılmaz seks hiyləsi - FOTO
Türkiyədə bir təriqət lideri müridlərinin başına inanılmaz oyun açıb. Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, Türkiyə polisinə Bursada “Kırklar Dərgahı” adlanan məkanda evli və 2 uşaq atası olan təriqət lideri Şeyx Uğur Korunmazın qız uşaqlarına cinsi təcavüz etdiyi barədə xəbər alıb.
Polis 47 yaşlı Şeyx Uğur Korunmazı saxlayıb. Orta məktəbdə cəmi 3 il oxuyan, başqa təhsili olmayan Şeyx Uğur Korunmaz qadın və kişi fərqi qoymadan müridləri ilə cinsi əlaqəyə girdiyini etiraf edib. Saxta şeyx onların əksəriyyəti ilə qeyri-ənənəvi cinsi əlaqəyə girirmiş. O, cinsi əlaqədə olduğu insanlara cənnət vəd edirmiş. Təriqət lideri müridlərindən bəzilərinin bacısını, anasını, nişanlısını, başqa qadın qohumlarını onun yanına gətirdiyini və onların da bəziləri ilə cinsi əlaqədə olduğunu söyləyib. Şeyx Uğur Korunmaz özünü müdafiə etmək üçün iddia edib ki, müridləri ilə cinsi əlaqəyə girməzsə, onlar özlərini itirir, qüvvələri tükənir və dəli olmaq durumuna gəlirlər. Şeyx Uğur Korunmaz bir vaxtlar Şeyx H.B.-nin də onunla cinsi əlaqədə olduğunu və bundan sonra müqəddəsləşdiyini dilə gətirib. Şeyx Uğur Korunmazın evində aparılan araşdırma zamanı uşaq və heyvanlarla bağlı pornofilm diskləri aşkarlanıb.
Bədnam şeyxin müridləri olan və təriqətə adam cəlb etməklə məşğul olan A.C. və M.K. da saxlanılıb. Şeyx və bu iki müridi hiylə yolu ilə cinsi təcavüzdə günahlandırılıb. Məhkəmə təriqət lideri barədə həbs qərarı çıxarıb, iki mürid isə sərbəst buraxılıb. 5-i qadın olmaqla, 17 nəfər Şeyx Uğur Korunmazın onları dini duyğularla aldadıb cinsi əlaqədə olduğunu bildirərək şikayət etsə də, təriqət lideri ilə cinsi əlaqədə olan bəzi insanlar şikayətçi olmayıblar.

1352