Moskvada 27 skinhedə hökm oxunub
12 iyul 2011 11:10 (UTC +04:00)

Moskvada 27 skinhedə hökm oxunub

Lent.az-ın “lifenews.ru” saytına istinadən verdiyi məlumata görə, NCO-Sever neofaşist dəstəsinin 29 yaşlı rəhbəri, Jora ləqəbli Lev Molotkov və onun köməkçiləri, Vladislav Tamamşev, Nikolay Mixaylov, Viktor Appolonov, Leonid Rudik ömürlük azadlıqdan məhrum ediliblər.

Dəstənin digər üzvləri 8 ildən 23 ilə qədər azadlıqdan məhrum ediliblər. Məhkəmə müəyyənləşdirib ki, qeyri-slavyan mənşəli insanlara nifrət bəsləyən dəstə üzvləri 27 nəfəri qəddarlıqla öldürüblər. Dəstə üzvləri kiçik qruplarla metro stansiyalarında görüşüb, daha sonra küçələrə çıxaraq qeyri-rus mənşəli insanları axtarıblar. Belə bir insanla qarşılaşdıqda isə ona hücum çəkərək ölənə qədər döyüblər. Onlar qurbanlarını öldürmək üçün dəmir çubuq, daş, yaxud metal altlıqlı ayaqqabılardan istifadə ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 454

Oxşar yazılar