Hillari Klinton: “Bəşər Əsəd legitimliyini itirib”
12 iyul 2011 10:57 (UTC +04:00)

Hillari Klinton: “Bəşər Əsəd legitimliyini itirib”

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Hillari Klinton söyləyib.

Hillari Klinton deyib ki, rəsmi Vaşinqton Suriya üçün Bəşər Əsədi əvəzedilməz saymır və onun hakimiyyətinin davam etməsində maraqlı deyil. Onun sözlərinə görə, Suriya xalqının demokratik islahatlar keçirmək üçün iradəsi var.

Qeyd edək ki, bundan əvvəl Dövlət Departamenti iyulun 11-də Suriyadakı ABŞ səfirliyinə hücumla sərt bəyanat verib. Həmin hücum zamanı Bəşər Əsəd tərəfdarları ABŞ səfirliyinin binasının şüşələrini sındırıb, binada Suriya bayrağı qaldırıblar. ABŞ səfiri Robert Fordun iqamətgahına da hücum olub. İqamətgaha ciddi ziyan dəyib. Xəsarət alan yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 578

Oxşar yazılar