Yunan Kiprində partlayan hərbi sursat İrandan aparılıbmış
Yunan Kiprindəki “Evanqelos Florakis” hərbi-dəniz bazasında baş verən partlayış zamanı Kipr Hərbi Dəniz Qüvvələrinin komandanı və həmin hərbi bazanın rəisi də həlak olub.
Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, hərbi bazada döyüş sursatının olduğu 90-dan çox konteynerin də partladığı məlum olub.
Partlayış zamanı 12 nəfər həlak olub, 60 nəfər yaralanıb. Yunan Kiprində 3 gün matəm elan olunub.
Qeyd edək ki, iyulun 11-də səhər saatlarında Kipr adasındakı “Evanqelos Florakis” hərbi-dəniz bazasında güclü partlayış olub. Araşdırma zamanı məlum olub ki, 2009-cu ildə İrandan qanunsuz şəkildə dəniz yolu ilə aparıldığı üçün müsadirə olunan və həmin vaxtdan indiyə qədər hərbi bazada saxlanılan döyüş sursatı partlayıb. Partlayış nəticəsində adadakı ən böyük elektrik stansiyasının, hərbi baza yaxınlığındakı “Vasilikos” Elektrik Stansiyasının da işi dayanıb.
Yunan Kiprinin müdafiə naziri Kostas Papakostas və Milli Qvardiyanın komandanı general-leytenant Petros Tsalkidis “Evanqelos Florakis” hərbi-dəniz bazasında baş verən və 12 nəfərin ölümünə səbəb olan partlayışla bağlı istefa veriblər. Prezident Dimitris Xristofias onların istefasını qəbul edib.

498