Vatikan “erməni sənədləri”ni yayımlayacaq
Vatikan qondarma “erməni soyqırımı” ilə bağlı arxivlərindəki sənədləri yaxın aylarda kitab şəklində yayımlamağa hazırlaşır. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Vatikan Radiosu xəbəri təsdiqləyib
Kitabda 1915-ci ildə baş verən olaylar zamanı Vatikanla Anadoludakı katolik din adamları arasındakı yazışmalara yer veriləcək. Vatikan Radiosunun yaydığı xəbərə görə, kitabda 1914-1922-ci ildə Roma Papası olan XV Benoitin ermənilərə qarşı mərhəmətli davranılması üçün Osmanlı sultanına yazdığı məktublar da yer alacaq.
Vatikanın sənədlərinin erməni yönümlü olacağı indidən şübhə doğurmur. Çünki o dönəmdə Osmanlı imperiyasının parçalanmasında maraqlı olan qüvvələrdən biri də məhz Vatikan olub. Vatikan Şərqi Anadoluda ermənilərin silahlı qiyam qaldıraraq müstəqil dövlət qurmağa çalışmaları üçün kifayət qədər səy göstərib. Vatikan Radiosunun yaydığı məlumat da bu kitabın erməni iddialarına dəstək verəcəyini göstərir. Radionun məlumatında vurğulanıb ki, guya həmin dövrdə aparılan yazışmalardan məlum olur ki, Osmanlı əsgərləri erməni hamilə qadınları öldürüblər. Vatikan isə indidən iddia edir ki, guya kitabın dərc olunmasında məqsəd polemika yaratmaq deyil, tarixi anlatmaqdır.
Qeyd edək ki, hələ 2001-ci ildə İrəvana səfər edən Roma Papası II Jean-Paul iddia edib ki, Osmanlı imperiyası 1,5 milyon, Sovet totalitar rejimi isə minlərlə ermənini öldürüb.

509