İki nota və bir hücum...
İyulun 11-də Suriyada prezident Bəşər Əsəd tərəfdarlarının Fransa səfirliyinə hücumundan əvvəl rəsmi Paris Dəməşqə nota göndəribmiş. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, buna səbəb keçən bazar günü Dəməşqdə Fransa səfirliyi önündə aksiyanın keçirilməsi, Fransa bayrağının yandırılması, səfirlik əməkdaşlarının avtomobillərinin yandırılması zamanı Suriya polisinin aksiyaya müdaxilə etməməsi olub.
Həmin gün Suriya Xarici İşlər Nazirliyi Fransa səfirinə də nota təqdim edib, səfirin Xarici İşlər Nazirliyindən icazə almadan aksiyaların baş verdiyi Hama şəhərinə getməsi yolverilməz sayılıb.
Fransa isə iyulun 11-də, Fransa səfirliyinin binasına hücumdan əvvəl Suriyaya etirazını bildirib, Fransa səfirinin Suriya Xarici İşlər Nazirliyinə çağırılaraq ona nota verilməsini Vyana sazişinə zidd sayıb. Fransanın Suriya Xarici İşlər Nazirliyinə ünvanlanan etiraz məktubunda vurğulanıb ki, Vyana sazişi səfirlərin olduqları ölkələrdə sərbəst gəzmək hüququnu tanıyır. Eyni zamanda Suriya hakimiyyətinin xalqına qarşı silah işlətməsinin, islahat çağırışlarına qulaq asmamasının, beynəlxalq ictimaiyyətin mülki şəxsləri qorumaq məsələsində hərəkətsiz qalmasının da yolverilməz olduğu qeyd edilib. Etiraz məktubu Fransa Xarici İşlər Nazirliyinə çağırılan Suriya səfirinə təqdim olunub.
Ancaq Fransa etiraz məktubunu Suriya səfirinə təqdim etdiyi gün Dəməşqdəki Fransa səfirliyinə Bəşər Əsəd tərəfdarlarının hücumu olub...

490