Ermənilər sərhəd zonalarındakı əhalidən canlı sipər kimi istifadə edir
11 iyul 2011 20:11 (UTC +04:00)

Ermənilər sərhəd zonalarındakı əhalidən canlı sipər kimi istifadə edir

Lent.az-ın “armenews.com” saytına istinadla xəbərinə görə, ziyalılar açıq məktubda son illərdə miqrasiyanın rekord həddə çatdığını bildirib.

Erməni alimlərin fikrincə, kəndlər və kiçik şəhərlər sürətlə boşalır: “Müharibə şəraitində sərhədyanı kəndlərin boşalmasının qarşısını almalıyıq. Başa düşməliyik ki, əhalinin sayı çox olan kəndlər bizim üçün qala rolu oynayır”.

Tədbirdə iştirak edən etnoqraf Hranuş Karatyan isə “quru vətənpərvərlik adı altında əhalini korrupsiyanın tüğyan etdiyi və hüquqların addımbaşı pozulduğu ölkədə saxlamaq qeyri mümkündür ” deyib.

Ermənistan əhalisinin ən çox üz tutduğu yer “böyük qardaş”dır. Rusiyada son illərdə gəlmə əhalinin cəlb edilməsinə dair dövlət proqramı Ermənistanın sürətlə boşalmasına səbəb olub. Statistika idarəsinin məlumatına görə, bu ilin 4 ayı ərzində ölkəyə gələnlər və ölkədən gedənlər arasında mənfi saldo 47 610 nəfər olub. İqtisadiyyatı iflic vəziyyətdə olan ölkə üçün bu qədər işçinin nə demək olduğu hər kəsə aydındır. Son 2 il yarımda isə 250 000 erməni tərki vətən olub.

Erməni ziyalılarının danışığından bu qənaətə gəlmək olar ki, onlar Azərbaycanın sərhəd bölgələrindəki inkişafın qarşısına yalnız “ətdən çəpər çəkmək”lə çıxmaq istəyirlər. İqtisadi baxımdan Azərbaycana uduzmuş ölkənin bu davranışı başa düşüləndir. Necə deyərlər, “suda boğulan saman çöpündən yapışar”.

Vüqar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 642

Oxşar yazılar