Suriyada ABŞ və Fransa səfirliyinə basqın oldu
11 iyul 2011 18:42 (UTC +04:00)

Suriyada ABŞ və Fransa səfirliyinə basqın oldu

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, prezidentin tərəfdarları paytaxt Şamdakı ABŞ səfirliyinə girib.

Səfirlikdəki diplomatlar “Reuters” bildiriblər ki, Bəşir Əsədin tərəfdarları səfirliyinin binasına zorla daxil olub.

Eyni zamanda Fransa səfirliyinə də hücum edən prezident tərəfdarları fransız təhlükəsizlik xidmətin tərəfindən atəşə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 496

Oxşar yazılar