İranın hərbi yükü Kiprdə müdafiə nazirinin istefasına səbəb oldu
Bu gün yunan Kiprinin müdafiə naziri Kostas Papakostas və Milli Qvardiyanın komandanı general-leytenant Petros Tsalkidis “Evanqelos Florakis” hərbi-dəniz bazasında baş verən və 12 nəfərin ölümünə səbəb olan partlayışla bağlı istefa veriblər. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Kipr prezidenti Dimitris Xristofias onların istefasını qəbul edib.
Qeyd edək ki, bu gün səhər saatlarında Kipr adasındakı “Evanqelos Florakis” hərbi-dəniz bazasında güclü partlayış olub. Araşdırma zamanı məlum olub ki, 2009-cu ildə İrandan qanunsuz şəkildə dəniz yolu ilə aparıldığı üçün müsadirə olunan və həmin vaxtdan indiyə qədər hərbi bazada saxlanılan döyüş sursatı partlayıb. Partlayış nəticəsində adadakı ən böyük elektrik stansiyasının, hərbi baza yaxınlığındakı “Vasilikos” Elektrik Stansiyasının da işi dayanıb. Yunan Kiprində fəaliyyət göstərən elektrik şirkətinin təmsilçisi Kostas Qavrielides deyib ki, faciənin miqyası çox böyükdür.

Oxşar yazılar

Ukraynada daha bir Azərbaycan əsilli hərbi qulluqçu şəhid oldu
13 iyul 2025 , 14:43
İran prezidenti Pezeşkian ötən ay İsrailin hava zərbəsi nəticəsində yaralanıb
13 iyul 2025 , 11:45
Ankarada yanğın: 1-i uşaq olmaqla 3 nəfər öldü, 20 nəfər zəhərləndi -FOTOLENT
13 iyul 2025 , 09:46
Kişinin mədəsindən 27 alışqan çıxardılar
13 iyul 2025 , 02:11
İtalyan mafiya başçısı Kolumbiyada yaxalandı
12 iyul 2025 , 22:46
Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04
Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28