Banqladeşdə konstitusiya üsyanı
Banqladeşdə konstitusiya dəyişikliyi küçə nümayişlərinə və toqquşmalara səbəb olub. Lenta.z-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, xalqı tətilə çağıran qruplarla polis arasında silahlı toqquşmalar baş verib.
Ölkənin 12 siyasi partiyası konstitusiyadakı “Allaha mütləq inanc və etimad” ifadəsinin çıxarılması qərarına qarşı 30 saatlıq tətil çağırışı edib. Çağırışa ana müxalifətdəki Banqladeş Milliyyətçi Partiyası da dəstək verib. Paytaxt Dəkkə yaxınlığında toplanan qruplar yollarda barrikadalar qurub, tətilə qarşı çıxan sürücülərin avtomobillərinə hücum edib.
Polis nümayişçilərə gözyaşardıcı qazla müdaxilə edib. Nümayişçilərlə iqtidar tərəfdarları arasında da toqquşma olub. Toqquşmalar nəticəsində ən azı 50 nəfər yaralanıb.

524