Qazaxıstanda məhbus qiyamı: 1 ölü, 2 yaralı
Lent.az-ın Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, 30 məhbusun hücumu nəticəsində 1 hərbçi ölüb, 2 hərbçi yaralanıb. Qazaxıstan Ədliyyə Nazirliyi məhbusların qaçaraq azadlığa çıxmaq istədiklərini, ancaq onların bu planının qarşısının alındığını bildirib. Təcridxananın əməkdaşları qaçış planının qarşısını alıblar. Cinayət-Təcridxana Sistemi Komitəsinin rəhbərliyi hadisə yerinə gedib.
549