Qəddafi Sarkozi ilə danışıq aparır
11 iyul 2011 12:19 (UTC +04:00)

Qəddafi Sarkozi ilə danışıq aparır

Liviya prezidenti Müəmmər Qəddafinin administrasiyası Fransa rəhbərliyi ilə danışıq aparır. Lent.az-ın verdiyi məlumata görə, bunu Liviya prezidentinin oğlu Seyfəl-İslam Əlcəzairin “El Khabar” qəzetinə müsahibəsində söyləyib.


O deyib ki, qiyamçılarla yox, məhz Fransa ilə danışıqlar aparmaları lazımdır: “Liviya hökumətinin təmsilçisi Fransa prezidenti Nikola Sarkozinin nümayəndələri ilə görüşüb. Qiyamçıların qurduqları Milli Keçid Şurası fransız pulu, silahı və digər formada dəstək olmasa, mövcudluğunu qoruya bilməz”.


Seyfəl-İslam bildirib ki, aparılan danışıqlar zamanı Fransa tərəfi də qiyamçıların onların əllərində oyuncaq olduğunu etiraf edib: “Biz Müəmmər Qəddafi ilə razılıq əldə edəndən sonra Liviya Milli Keçid Şurasını atəşi dayandırmağa məcbur edəcəyik”.


Qeyd edək ki, hələ rəsmi Paris bu açıqlamaya münasibət bildirməsə də, Fransanın müdafiə naziri Jerar Lonqe ilk dəfə Liviyada münaqişənin silah yolu ilə həll edilməsinin mümkün olmadığını etiraf edib. O deyib ki, bütün tərəflərin stol arxasında oturması və məsələnin sülh yolu ilə həllinin axtarılması zamanı çatıb. Jerar Lonqe vurğulayıb ki, Müəmmər Qəddafi rejiminin və qiyamçıların təmsilçiləri dialoqa başlayan zaman NATO qırıcı təyyarələri hava zərbələri endirilməsini dayandıracaq.


Qeyd edək ki, Liviyaya ilk hərbi zərbəni Fransa endirib. NATO rəhbərliyi altında 4 aydır ki, Liviya bombalansa da, Müəmmər Qəddafiyə sadiq qüvvələr təslim olmur. NATO-nun havadan dəstəyinə baxmayaraq, qiyamçılar quru əməliyyatlarında ciddi uğurlar qazana bilmirlər. Müəmmər Qəddafi də hakimiyyətdə qalmaqda davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 842

Oxşar yazılar