Dünya əhalisinin sayı 7 milyard nəfəri keçəcək
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu, BMT ekspertlərinin Ümumdünya Əhali Sayı Günü münasibətilə açıqladıqları hesabatda yer alıb.
Yer kürəsinin əhalisinin sayı 2023-ü ildə isə 8 milyard nəfər təşkil edəcək. BMT-nin hesablamalarına görə, 2050-ci ildə dünya əhalisinin sayı 9 milyard nəfəri keçəcək, bu yüzilliyin sonunda isə planetimizdə 10,1 milyard nəfər yaşayacaq.
Dünya əhalisi əsasən inkişaf etməkdə olan kasıb ölkələrin hesabına artacaq. Bu isə dünya miqyasında kasıbçılıq problemini daha da aktuallaşdıracaq. Bu günün özündə də dünyada 925 milyon insan xroniki aclıqdan əziyyət çəkir, 67 milyon uşaq təhsil almaq imkanından məhrumdur.
Bu yüzillikdə dünyanın ən çox əhali yaşayan ölkəsi statusuna Hindistan yiyələnəcək. Hindistan hazırda bu sahədə liderlik edən Çini keçəcək.

799