Türkmənistan partlayışda 15 nəfər öldüyünü etiraf etdi –
Türkmənistanın Abadan şəhərində silah anbarında baş verən partlayışdan 4 gün sonra rəsmi Aşqabad ölənlərin olduğunu etiraf edib. Lent.az-ın “turkmenistan.ru” saytına istinadən verdiyi məlumata görə, partlayışın nəticələrinin ləğv edilməsi ilə bağlı yaradılan hökumət komissiyası 2 hərbçinin və 13 mülki şəxsin öldüyünü açıqlayıb.
Prezident Qurbanqulu Berdıməhəmmədov partlayışla bağlı müdafiə naziri Beqenç Qundoqdıyevi sərt cəzalandırıb, rütbəsini polkovnik rütbəsinə qədər endirib. Prezident olayda günahı olan digər şəxslərin hərbi rütbələrinin endirilməsindən başlamış Silahlı Qüvvələrdən qovulmalarına, hərbi tribunala verilmələrinə qədər cəzalandırılmalarını istəyib. Qurbanqulu Berdıməhəmmədov Abadan şəhərinin təzədən qurulacağına da söz verib.
Qeyd edək ki, Abadandakı silah anbarında partlayış iyulun 7-də baş verib. Müstəqil KİV-lər və hüquq müdafiəçiləri 200 nəfərə yaxın insanın həyatını itirdiyini bildiriblər. Lakin ilk günlər Türkmənistan Xarici İşlər Nazirliyi insan tələfatı olmadığını iddia edib.
Qeyd edək ki, partlayışın videosu internetə yerləşdirilib. Çarx 40 saniyə davam edir. Videoda tüstü buludu görünür. Bundan sonra güclü partlayış baş verir.

516