Türkmənistanda ölənlərin sayı 200-ə yaxınlaşdı
09 iyul 2011 13:42 (UTC +04:00)

Türkmənistanda ölənlərin sayı 200-ə yaxınlaşdı

Lent.az-ın “Xronika Turkmeniya” agentliyinə istinadən verdiyi məlumata görə, həyatını itirənlərin 100-ə qədəri hərbçi, qalanları isə mülki şəxsdir.


Paytaxt Aşqabaddan 20 kilometr uzaqlıqda yerləşən Abadan şəhərində mobil əlaqə dayanıb, şəhər telefonları işləmir, internet bağlanıb.


Qeyd edək ki, iyulun 7-də axşam saatlarında Türkmənistanın Abadan şəhərində hərbi sursat anbarında partlayış baş verib. Gecə saatlarında prezident Qurbanqulu Berdıməhəmmədovun sədrliyi ilə hökumətin iclası keçirilib, vəziyyət müzakirə olunub. Türkmənistan Xarici İşlər Nazirliyi ölənlərin olmadığını bəyan edib. Ancaq hüquq-müdafiəçiləri və müstəqil KİV-lər hadisə baş verən andan çoxlu sayda ölən və yaralanan olduğunu bildirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 525

Oxşar yazılar